Bu ölkənin mağazalarında ərzaq qıtlığı artıb | Banco.az

Bu ölkənin mağazalarında ərzaq qıtlığı artıb

Müəllif - Aida İsaq, Banco.az

Oktyabrda Fransanın supermarket və hipermarketlərində ərzaq məhsullarının qıtlığının səviyyəsi 5,8% artıb. 

Banco.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz bənd yüksəkdir. Qıtlıq daha çox qida çeşidlərində müşahidə olunur. 

Bildirilir ki, ərzaq kateqoriyasında fərq göstəricisi 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 2 bənd artıb. Ən güclü artım sentyabr ayı ilə müqayisədə müşahidə olunub. Bu tendensiya qismən salat və xardal kimi soyuq sousların azlığından qaynaqlanır.

Oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makron respublika vətəndaşlarını ölkədə güclənən enerji böhranı fonunda həyat səviyyəsini bərabər səviyyədə saxlamaq üçün daha çox çalışmağa çağırıb. Belə ki, dövlət rəsmiləri artıq iş saatlarına görə əhalini vergi ödəməkdən azad etməklə bağlı məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et