Müəllif - Aida İsaq, Banco.az
Rusiyada Yeni il öncəsi mənzil-kommunal xidmətlərin tariflərində və bir sıra məhsullarda qiymət artımının olacağı ilə bağlı xəbərdarlıq edilib.
Banco.az xəbər verir ki, bu barədə G.V adına Rusiya İqtisad Universitetinin kafedra dosenti Plexanova Maria Dolgova məlumat verib.
Onun sözlərinə görə, avtomobil satıcıları bu il yavaş-yavaş qiymətləri qaldırmağa başlayaraq, bu tendensiyanı 2023-cü ilin yanvarına qədər davam etdirəcək.
Digər tətəfdən Sənaye və Ticarət Nazirliyinin yararlılıq müddəti ötmüş və ya qanunsuz satılan tütün və ərzaq məhsullarının satışına qoyduğu qadağa da qiymətlərin bahalaşmasına öz təsirini göstərəcək.
Ekspert bildirib ki, bəzi sahibkarlar isə satılmayan məhsullar səbəbindən yaranan itkilərini minimuma endirmək üçün saxlama müddəti məhdud olan məhsulların qiymətini bahalaşdırmağa çalışacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!