“Azərbaycanda dərmanlar hədsiz bahadır” | Banco.az

“Azərbaycanda dərmanlar hədsiz bahadır”

“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı gənclər və idman, əmək və sosial siyasət, aqrar siyasət, regional məsələlər və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, apteklərdə hətta ucuz dərmanlarının qıtlığı yaşanır. Deputat dərmanların idxal rüsumun və ƏDV-nin azaldılmasını, eləcə də işsizliyə görə verilən müavinətin artırılmasını təklif edib: “Bir çox ölkələrdə bu minimum əmək haqqının 70-80%-i götürülür. Bu məsələyə də baxılsa, daha yaxşı olar”. 

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et