Almaniyada istehsal sifarişləri kəskin azalıb | Banco.az

Almaniyada istehsal sifarişləri kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın istehsal sektorunda yeni sifarişlər üzrə kəskin azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada istehsal sektorunda yeni sifarişlər təqvim və mövsümi təsirlər nəzərə alınmaqla əvvəlki ayla müqayisədə 4,0 faiz azalıb. Proqnozlar 0,5 faiz azalma olacağını göstərirdi.

Sifarişlər ötən ilin eyni dövrü ilə müqayisədə də 10,8 faiz azalıb.

Avqust ayında isə sifarişlər əvvəlki ayla müqayisədə 2 faiz, illik müqayisədə də 3,8 faiz azalmışdı.

Qeyd edək ki, sentyabrda yeni daxili sifarişlər 0,5 faiz artdığı halda, beynəlxalq sifarişlər 7,0 faiz azalıb. Bu dövrdə Avrozonadan yeni sifarişlər əvvəlki ayla müqayisədə 8,0 faiz azalıb ki, digər ölkələrdən gələn sifarişlər üzrə bu göstərici 6,3 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram