ABŞ Avropanın ikinci ən böyük qaz tədarükçüsü oldu | Banco.az

ABŞ Avropanın ikinci ən böyük qaz tədarükçüsü oldu

Müəllif - Aida İsaq, Banco.az

Birləşmiş Ştatlar Avropa İttifaqını mayeləşdirilmiş qazla təmin edən ikinci ən böyük tədarükçüyə çevrilib.

Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

Hazırda Amerika qazı Avropanın mayeləşdirilmiş qaz (LNG) idxalının 40 faizini təşkil edir. 2023-cü ilin aprel-sentyabr aylarında tədarüklər bu ilin eyni dövrü ilə müqayisədə 9 milyard kubmetr artacaq.

Bununla yanaşı, Ukrayna vasitəsi ilə tədarükün dayandırılması halında Rusiya yanacağının idxalının dayandırılmasından Aİ-nin itkiləri 20 milyard kubmetr təşkil edə bilər. Amerika istehsalçıları hazırda LNG-nin təxminən 60 faizini yalnız Avropaya tədarük etsə də, ABŞ-ın imkanları regionun ehtiyaclarını ödəmək üçün kifayət etmir.

Bu arada Novatek-in rəhbəri Leonid Mixelson bir müddət əvvəl etiraf edib ki, Avropa Rusiya qazını demək olar ki, tamamilə əvəz edə bilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram