Çinin xidmət sektorunda aktivlik azalmaqda davam edir | Banco.az

Çinin xidmət sektorunda aktivlik azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin xidmət sektorunda iqtisadi aktivlik sentyabr ayından sonra oktyabr ayında da azalıb.

Banco.az xəbər verir ki, Çin Ümumi Xidmətlər Biznes Effektivliyi İndeksi oktyabrda sentyabr ayına nəzərən 0,9 bənd azalmaqla 48,4 faizə düşüb.

Qeyd edək ki, göstəricinin 50-dən aşağı olması iqtisadi aktivliyin azalmasına, 50-dən yuxarı olması isə artmasına işarədir. Odur ki, mart, aprel və may aylarında 50-dən aşağı nəticə verən aparıcı göstərici iyul və avqust aylarında 50-dən yuxarı qalxsa da, sentyabrda yenidən geriləyərək 49,3-ə düşmüşdü.

Çində xidmət sektorunda fəaliyyət göstərən 400-dən çox şirkətin satınalma menecerlərinə göndərilən sorğuların nəticələrinə əsasən hazırlanan sözügedən indeks xidmət sektorunda iqtisadi aktivliyin barometri kimi qəbul edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et