Azərbaycanın 2026-cı ilədək illik iqtisadi artım proqnozu açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın 2026-cı ilədək illik iqtisadi artım proqnozu açıqlanıb

2026-cı ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz artımı gözlənilir.

Bunu bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım üçün daha böyük əsas yaradır.

"2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM 5,6 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 10,1 faiz art. Xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3 faiz, qeyri-neft-qaz məhsullarının ixracı 17 faiz artıb", - deyə o bildirib.

S.Məmmədov vurğulayıb ki, orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 faizə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi nəzərdə tutulur.

"Eyni zamanda qeyd edim ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir", - nazir deyib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram