Müəllif: Tamara Mustafayeva, Banco.az
Afrikada fəaliyyət göstərən supermarketlər şəbəkəsi kriptovalyutalarla alış-veriş imkanı yaradacaq.
Banco.az xəbər verir ki, Cənubi Afrika Respublikasının ən böyük supermarket şəbəkələrindən biri olan “Pick n Pay” indiyədək Qərbi Keyp əyalətindəki 10 pilot filialda uğurla həyata keçirilən kriptovalyuta ilə ödənişin daha 29 filialda sınaqdan keçiriləcəyini açıqlayıb.
“Pick n Pay”in Cənubi Afrika Respublikası, Botsvana, Zambiya, Zimbabve, Mozambik, Lesoto, Namibiya və Mavrikidə ümumilikdə 2 minə yaxın filialı var.
Xatırladaq ki, Cənubi Afrika Maliyyə Sektorunun Davranış Təşkilatı daha əvvəl kriptovalyutaları ölkənin rəsmi maliyyə vasitəsi kimi qəbul etmişdi. Bu da, qanuni olaraq kriptovalyutaların ölkədə əsas ödəniş üsulu kimi istifadəsinə şərait yaradıb.
Bizi sosial şəbəkələrdən izləyin!!