BVF neft ixrac edən ölkələrin gəlir analizini edib | Banco.az

BVF neft ixrac edən ölkələrin gəlir analizini edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF-nin hesabatına görə, Yaxın Şərq və Mərkəzi Asiyanın enerji ixrac edən ölkələri 2022-2026-cı illər arasında 1 trilyon dollar qazanacaq.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Yaxın Şərq və Mərkəzi Asiyadakı enerji ixracatçılarının 2022-2026-cı illər aralığında ümumi olaraq təxminən 1 trilyon dollar gəlir əldə edəcəklərini gözləyir.

BVF-nin məlumatına görə, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) digər beş üzvü hazırda inkişaf etməkdə olan ölkələr içərisində ən çox qazanc əldə edənlər sırasındadır və onlar neft gəlirlərinin təxminən üçdə birinə qənaət edə bildiklərindən daha çox fayda əldə edəcəklər.

Fond bazar ertəsi yayımlanan regional iqtisadi hesabatında qeyd edib ki, 2022-ci ildə Körfəz ölkələrinin orta cari balansı onların ümumi daxili məhsulunun (ÜDM) 10 faizini təşkil edəcək. Bu rəqəm əvvəlki illə müqayisədə iki dəfə çoxdur ki, 2023-cü ildə hətta 7,8 faizə çatacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et