Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada təbii qaza yuxarı qiymət həddinin tətbiqinə dair təklif irəli sürülüb.
Banco.az xəbər verir ki, Almaniyanın müstəqil Təbii Qaz və İstilik Komissiyası bahalaşan enerji qiymətləri səbəbindən ev təsərrüfatlarında istifadə olunan təbii qazın kilovat/saat üzrə 12 avrosentlə məhdudlaşdırılmasını tövsiyə edib.
Müstəqil Təbii Qaz və İstilik Komissiyası Almaniya hökumətinə yüksək enerji qiymətləri ilə mübarizə üçün məsləhət xarakterli hesabat təqdim edib.
Komissiyanın bugün açıqladığı və hökumətə təqdim etdiyi hesabatda qazın qiymətinin 2023-cü ilin martından ən azı 2024-cü ilin aprel ayının sonuna qədər kilovat/saat üzrə 12 avrosent səviyyəsində məhdudlaşdırılmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, ölkədə ev təsərrüfatlarının təbii qaz xərcləri ötən illə müqayisədə 173 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!