Bu neft nəhəngi də rüblük mənfəətini artırıb | Banco.az

Bu neft nəhəngi də rüblük mənfəətini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Saudi Aramco” 2022-ci ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın ən dəyərli şirkətlərindən biri olan Səudiyyə Ərəbistanına məxsus “Aramco” 2022-ci ilin iyul-sentyabr dövründə xalis mənfəətini illik 39 faiz artıraraq 42,4 milyard dollara çatdırıb.

Şirkət aprel-iyun dövründə isə 48 milyard dollar xalis mənfəət açıqlamışdı. Beləliklə, III rüb nəticələrinin şirkət səhmlərinin birjada satışa çıxarılmasından sonrakı ikinci ən böyük xalis mənfəət olması diqqət çəkib. 

“Saudi Aramco” rəsmiləri sözügedən rüblük mənfəətin, əsasən xam neft qiymətlərinin bahalaşmasından qaynaqlandığını bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et