Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində ötən həftə “iPhone” satışlarında azalma müşahidə olunub.
Banco.az xəbər verir ki, smartfon bazarı adətən qlobal iqtisadi şəraitə davamlı olsa da, Çində “iPhone” satışlarının ötən həftə sürətlə azalması istehsalçı “Apple” firması üçün daha böyük problemlərə gətirib çıxara bilər.
ABŞ-ın texnologiya nəhəngi “Apple” firmasının Çindəki “iPhone” satışları 24 oktyabr həftəsində 27 faiz azalıb.
Xatırladaq ki, sentyabr ayına qədər olan 3 ayda Çində “iPhone” satışları “Android” alternativlərindəki 15,2 faiz azalma ilə müqayisədə 5,7 faiz daha çox reallaşmışdı. Analitiklərin hesablamalarına görə, bu vəziyyət ötən ay dəyişib və “Apple” ölkənin bazar payında 4-5% dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!