Müəllif - Aida İsaq, Banco.az
Oktyabr ayında Polşada inflyasiya 17,9%-ə qədər yüksələrək 1990-cı illərin ortalarından bu yana rekord həddə yüksəlib.
Banco.az xəbər verir ki, ötən ay inflyasiya 17,2% təşkil edib. Ötən həftələrdə mal və xidmətlərin qiymətləri 1,8% bahalaşıb. Eyni zamanda, illik hesabata əsasən maksimum artım enerji daşıyıcılarında (41,7%), ərzaq məhsullarında (21,9%) və yanacaqda (19,5%) qeydə alınıb.
Avrodan istifadə edən 19 ölkədə illik inflyasiya oktyabrda 10,7%-lə növbəti rekord səviyyəyə yəni ikirəqəmli həddə çatıb. Bu, enerji dəyərinin yüksəlməsi, ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin artması hesabına baş verib.
Qeyd edək ki, inflyasiyadan ən çox Baltikyanı ölkələr - Estoniya , Litva, və Latviya əziyyət çəkir.
Bizi sosial şəbəkələrdən izləyin!!