Özbəkistan yerli banklarda hesab açan rusların sayını açıqlayıb | Banco.az

Özbəkistan yerli banklarda hesab açan rusların sayını açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

İlin əvvəlindən 67 min Rusiya vətəndaşı Özbəkistanda bank hesabı açıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının İdarə Heyətinin sədri Mamarizo Nurmuradov açıqlama verib.

“Onların təxminən yarısı daimi işləyir və Özbəkistandadır. Bəzən ruslar Özbəkistana gəlib rublu dollara çevirirlər. Belə hallar bizim nəzarətimizdədir” deyə Nurmuradov vurğulayıb.

Qeyri-rezidentlər indi yalnız Özbəkistanda 15 gündən artıq fasiləsiz qaldıqdan sonra yerli banklarda hesab və kart hesabı bilərlər. Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvar-sentyabr aylarında respublikaya 318,15 min, ikinci rübdə 189,175 min rusiyalı daxil olub. 18 nəfər Özbəkistan vətəndaşlığını qəbul edib.

Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib ki, bu il Ermənistanda ümumi daxili məhsulun artımı Rusiya vətəndaşlarının axını hesabına 13 faiz təşkil edəcək. Onun sözlərinə görə, ölkədə informasiya texnologiyaları sektorunda da insan kapitalında 25% artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Ermənistana, eləcə də Özbəkistana axın artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram