Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrə Mərkəzi Bankı (SNB) valyuta bazarlarında hökm sürən yüksək volatillik səbəbindən ilin doqquz ayında 142,4 milyard İsveçrə frankı (142,4 milyard ABŞ dolları) zərər gördüyünü açıqlayıb.
Banco.az xəbər verir ki, sözügedən zərər SNB-nin 115 illik tarixi ərzində qeydə alınan ən böyük itki olub.
Son dövrlərdə inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran mərkəzi bankın ümumi zərəri satın aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəbindən 9 ayda 141 milyard İsveçrə frankı, qızıl mövqeyindən isə 1,1 milyard İsveçrə frankı hesablanıb.
Ekspertlər qeyd ediblər ki, vəziyyət belə davam edəcəyi təqdirə, SNB 2021-ci ilin sonunda 204 milyard İsveçrə frankı olan kapitalını əridə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!