"Morgan Stanley" FED-in faiz artımının başa çatacağını proqnozlaşdırır | Banco.az

"Morgan Stanley" FED-in faiz artımının başa çatacağını proqnozlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley”dən bildirilənə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı başa çatmaq üzrədir.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “Morgan Stanley”in strateqi Maykl Uilson bu il ABŞ fond bazarlarında azalma proqnozlaşdırarkən eyni zamanda FED-in faiz artımı dövrünün bitəcəyini düşünür.

Uilson qeyd edib ki, tənəzzül siqnalı kimi qəbul edilən 10 və 3 illik ABŞ istiqraz faizlərindəki azalma FED-in nəhayət faiz artımlarını dayandıracağına dair gözləntiləri dəstəkləyir. “Odur ki, FED-in bu həftəki iclası böyük əhəmiyyət daşıyır”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin bu həftə dördüncü iclasında da siyasət faizini 75 baza bəndi artıracağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram