Buğdanın qiyməti bahalaşdı | Banco.az

Buğdanın qiyməti bahalaşdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Razılaşmanın dayandırılması buğdanın qiymətini bahalaşdırıb.

Banco.az xəbər verir ki, Rusiya Qara dəniz sazişini dayandırdığını elan etdikdən sonra Çikaqo əmtəə birjasında buğda fyuçerslərinin qiyməti 5 faizdən çox artaraq 8,7 dollar olub.

Səhər saatlarında 8,9 dollara qədər bahalaşan qiymətlər oktyabrın 14-dən bəri qeydə alınan ən yüksək səviyyəni vurub.

Qarğıdalı fyuçerslərinin qiyməti də 2,2 faiz artaraq 6,96 dollar/buşelə çatıb. Soya isə 3 faiz bahalaşıb.

Xatırladaq ki, buğdanın qiyməti Rusiya-Ukrayna müharibəsinin tədarük problemlərini gündəmə gətirməsi və enerji qiymətlərindəki artımın da təsiri ilə mart ayında 13,6 dollara yüksələrək qlobal bazarlarda rekord qırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram