Müəllif - Aida İsaq, Banco.az
London Metal Birjasında Rusiya misinin yarıdan çoxunun alıcısı Çin olub.
Banco.az xəbər verir ki, treyderlər tədarük üçün 70 min tondan çox mis sifariş ediblər. Məlumata görə Çindən gələn alıcılar üçün misin Rusiya mənşəli olması bir o qədər də böyük əhəmiyyət daşımayıb.
London Metal Birjasının məlumatına görə, misin 80%-ə qədəri Rusiyadan gəlir. Eyni zamanda, onun həcmləri 2021-ci ildə qeydə alınan çoxillik minimuma enib.
Dünyanın ən böyük mədən şirkəti "BHP Group"un rəhbəri Mayk Henri onilliyin sonuna qədər qlobal bazarların və istehsalçıların mis qıtlığı ilə üzləşəcəklərini proqnozlaşdırmışdı. Onun fikrincə, bərpa olunan enerji mənbələrinə keçidin sürətlənməsi və mədən işlərinin mürəkkəbliyi nəticəsində yaranacaq tələb və təklif balanssızlığı buna səbəb olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!