İlon Mask "Twitter"i rəsmi olaraq satın aldı | Banco.az

İlon Mask "Twitter"i rəsmi olaraq satın aldı

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın “Twitter”i satın alma prosesi başa çatıb.

Banco.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin baş icraçı direktoru İlon Mask sosial media şirkəti “Twitter”i 44 milyard dollara satın aldığını bildirib.

Satınalma prosesi rəsmi olaraq başa çatdıqdan sonra Mask “Twitter”in baş icraçı direktoru (CEO) Paraq Aqraval, baş maliyyə direktoru (CFO) Ned Seqal, baş hüquq və siyasət meneceri Vijaya Qadde və baş məsləhətçisi Şon Edgetti işdən çıxarıb.

Xatırladaq ki, daha əvvəl “Twitter”də 9,2 faizlik səhmə sahib olan dünyanın ən varlı insanı İlon Mask bu ilin 14 aprelində şirkəti bütövlükdə satın almaq üçün səhmbaşına 54,2 dollar təklif etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram