Müəllif: Tamara Mustafayeva, Banco.az
Tənəzzüllə bağlı narahatlıqlara baxmayaraq, Avropa Mərkəzi Bankı (AMB) rekord yüksək inflyasiyanın qarşısını almaq üçün aqressiv faiz artımını ikinci ayda da davam etdirib.
Banco.az xəbər verir ki, AMB sentyabr iclasından sonra dünən baş tutan oktyabr iclasında da faiz dərəcələrini 75 baza bəndi artırıb.
Bank 40 ilin maksimumuna çatmış inflyasiyanı cilovlamaq üçün faiz artımlarının növbəti iclaslarda da davam edəcəyini bəyan edib.
Sədr Kristin Leqard isə region iqtisadiyyatının artım tempinin son rübdə daha da yavaşlayacağına dair xəbərdarlıq edib.
Bizi sosial şəbəkələrdən izləyin!!