Gələn il hansı ölkələrdə əmək haqqı artacaq? | Banco.az

Gələn il hansı ölkələrdə əmək haqqı artacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ildə real əmək haqqının (nominal əmək haqqı artımı minus inflyasiya səviyyəsi) orta hesabla 1,5 faiz azalacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, davam etməkdə olan inflyasiya mühiti 2023-cü ildə real əmək haqqı artımlarına böyük zərbə vuracaq. Aparılan yeni araşdırmaya görə, qlobal miqyasda ölkələrin təkcə 37 faizində real əmək haqqı artımları qeydə alına bilər.

4,6 faizlik artımla Hindistan, 4 faizlə Vietnam və 3,8 faizlə Çin başda olmaqla Asiya ölkələri real əmək haqqı artımın proqnozlaşdırıldığı ilk 10 ölkənin 7-ni təşkil edir.

Sözügedən araşdırma bu il əmək haqqının qlobal miqyasda 3,8 faiz azaldığını aşkara çıxarıb.

2023-cü ildə real əmək haqqının ən çox artacağı proqnozlaşdırılan ilk 10 ölkə və onların artım templəri belədir:

  1. Hindistan - 4,6%

  2. Vietnam - 4%

  3. Çin - 3,8%

  4. Braziliya - 3,4%

  5. Səudiyyə Ərəbistanı - 2,3%

  6. Kamboca -2,2%

  7. Malayziya - 2,2%

  8. Tayland - 2,2%

  9. Oman - 2%

  10. Rusiya - 1,9%

Real əmək haqqının ən çox azalacağı proqnozlaşdırılan 5 ölkə isə aşağıdakılardır:

  1. Pakistan - -9,9%

  2. Qana - -11,9%

  3. Türkiyə - -14,4%

  4. Şri-Lanka - -20,5%

  5. Argentina - -26,1

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram