Bu aviaşirkət III rübdə 1,1 milyard avro mənfəət əldə edib | Banco.az

Bu aviaşirkət III rübdə 1,1 milyard avro mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Lufthansa Group” 2022-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, alman hava yolu şirkəti “Lufthansa Group” yay aylarında ölkə hava limanlarında işçi çatışmazlığı və tətillərlə bağı yaranan xaosa baxmayaraq, Kovid-19 pandemiyasından sonra uçuş tələbinin artması ilə bu ilin üçüncü rübündə 1,1 milyard avro mənfəət əldə etdiyini açıqlayıb. Ötən ilin eyni dövründə bu göstərici 250 milyon avro idi.

Aviaşirkətin gəlirləri də 2022-ci ilin iyul-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 93 faiz artaraq 10,1 milyard avroya çatıb.

“Eurowings”, İsveçrə, Brüssel və Avstriya Hava Yolları şirkətlərinə də sahib olan “Lufthansa” sözügedən dövrdə 33 milyon sərnişin daşıdığını bildirib. Ötən ilin eyni rübü isə bu göstərici 20 milyon nəfər idi.

Qeyd edək ki, şirkət sərnişin tələbatındakı adi mövsümi yavaşlamaya baxmayaraq, ilin dördüncü rübünün müsbət EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) ilə nəticələnəcəyini gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram