Türkiyədə iqtisadi inam fevral ayından bəri ən yüksək səviyyədədir | Banco.az

Türkiyədə iqtisadi inam fevral ayından bəri ən yüksək səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə bu ay iqtisadi inam indeksi fevral ayından bəri ən yüksək həddə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ölkədə iqtisadi inam indeksi oktyabr ayında 3,0 faiz artaraq 97,1-ə yüksəlib ki, sentyabrda bu göstərici 94,3 idi.

Əvvəlki aya nəzərən İstehlakçı İnamı İndeksi 5,3% artaraq 76,2, Real sektor (emalat sənayesi) üzrə İnam İndeksi 1,8% artaraq 102,0, Xidmətlər üzrə İnam İndeksi 0,9 artımla 119,3, Pərakəndə ticarət sektoru üzrə İnam İndeksi 3% artımla 119,4, Tikinti sektoru üzrə İnam İndeksi isə 2,8% artaraq 90,5 olub.

Qeyd edək ki, iqtisadi inam indeksinin 100-dən yuxarı olması, bu, ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən aşağı olması isə ümumi iqtisadi vəziyyətlə bağlı pessimizmi göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram