Müəllif: Tamara Mustafayeva, Banco.az
Neft bazarlarının əsas gündəm mövzusu Bayden administrasiyasının Rusiya neftinə yuxarı qiymət həddinin tətbiqi planının yumşaldılmasıdır.
Banco.az xəbər verir ki, ABŞ-ın rekord həddə xam neft və yanacaq ixracında zəif dolların əmtəələri daha cəlbedici etdiyinə dair bəyanatından sonra ardıcıl üçüncü gündür ki, neftin qiymətində bahalaşma müşahidə olunur.
ABŞ xam neftinin bir bareli əvvəlki iki sessiyada demək olar ki, 4 faiz dəyər qazandıqdan sonra cüzi ucuzlaşaraq 87,67 dollara çatıb.
Brent markalı neftin bir bareli isə 95,44 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!