Müəllif: Tamara Mustafayeva, Banco.az
"Twitter"ı satın alma razılaşmasının sonuna yaxınlaşan dünyanın ən varlı insanı İlon Mask şirkətdə geniş miqyaslı ixtisar həyata keçirmək niyyətində deyil.
Banco.az xəbər verir ki, elektromobil istehsalçısı "Tesla"nın rəhbəri İlon Maskın çərşənbə günü "Twitter" işçilərinə verdiyi məlumata görə, o, şirkəti təhvil alacağı təqdirdə işçilərin 75 faizini ixtisar etməyi planlaşdırmır.
Mask şirkətin San-Fransiskodakı ofisində çıxışı zamanı işçilərin ixtisarları ilə bağlı yayılmış xəbərləri təkzib edib.
Bununla belə, onun "Twitter"də hələ də işdən çıxarma planı olduğu bildirilir.
Xatırladaq ki, 44 milyard dollarlıq "Twitter"i satınalma razılaşmasının cümə günü başa çatması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!