Müəllif - Aida İsaq, Banco.az
Dünyanın ən yüksək gəlirli idmançılarından biri, Argentinanın futbol üzrə milli komandasının kapitanı Lionel Messi idman, texnologiya və mediayaya sərmayə qoymaq məqsədilə investisiya şirkəti yaradıb.
Banco.az xəbər verir ki, “Play Time” adlanan bu qurum San-Fransiskoda yerləşəcək və ona Viki servisinin baş direktoru Razmiq Ovaqimyan rəhbərlik edəcək. Şirkətin maliyyələşdirilməsinin həcmi hazırda göstərilmir.
“Mən Play Time şirkətinin dünyanın hər yerindən cəsarətli sahibkarları ilə işləyəcəyinə görə çox şadam“ deyə Lionel Messi qeyd edib.
İdman və medianı hədəf alan "Play Time" futbol texnologiyasını inkişaf etdirən startaplara sərmayə yatırmağı planlayır. Şirkətin Messi üçün əsas investisiya vasitəsinə çevriləcəyi gözlənilir.
Xatırlaqdaq ki, Lionel Messi 7 dəfə “Qızıl top” – un qalibi olmaqla yanaşı dünyanın ən yüksək maaş alan futbolçularından biridir. Məlumatlara görə, Messi son 9 ildə 550 milyon dollardan çox qazanc əldə edib. Qeyd edək ki, Messinin gəliri idman fəaliyyətlərindən əlavə reklam müqavilələri və qlobal brendlərlə əməkdaşlıqdan da əldə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!