COVID-19 simptomları niyə bəzi insanlarda aylarla davam edir? | Banco.az

COVID-19 simptomları niyə bəzi insanlarda aylarla davam edir?

Müəllif : Aida İsaq, Banco.az

2019-cu ildən bu yana bütün dünya COVİD-19 virusu ilə mübarizə aparır. Xəstəliyə yoluxan insanlarda sağalma müddətinin müxtəlif olması vəziyyəti bir qədər qəlizləşdirir. Bəzi insanlarda xəstəlik qısa müddət ərzində davam etsə də, digərlərində aylarla, bəzən isə daha uzun müddətə qədər müşahidə edilə bilir. 

Banco.az xəbər verir ki, yeni araşdırmalara görə bunun səbəbi məlum olub. Belə ki, semptomların bu qədər uzun müddət görünməsi birbaşa insanların psixologiyası ilə əlaqəlidir. Nəticədə depressiya, narahatlıq və stress pozğunluğu kimi amillər səbəbindən virusdan sağalmaq prosesi daha uzun çəkir. 

Araşdırmanın tədqiqatçılardan olan Dr. Siwen Wang bildirib ki, virusa yoluxma mərhələsində və ya ondan qorunma zamanı fiziki sağlamlıqla yanaşı ümumilikdə psixoloji sağlamlığa daha çox diqqət yetirilməlidir. Çünkü stresli olduqda insan bədənində davam edən proseslər arasında əlaqə pozulmağa başlayır. Bu isə fiziki sağlamlığımıza mənfi təsir göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram