Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankının (mərkəzi bank) sədri Yi Qanq Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyündən uzaqlaşdırılıb və təqaüd yaşına çatması ilə 2023-cü ilin birinci rübündə vəzifəsini tərk edəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, Yi Qanq 64 yaşında olduğunu və nazirlik səviyyəsindəki məmurların pensiya yaşının 65 olduğunu nəzərə alsaq, o, gələn il təqaüdə çıxmaq hüququna malikdir, odur ki, Çin Xalq Bankının sədrinin 2023-cü ilin birinci rübündə təqaüdə çıxacağı gözlənilir.
Qeyd edək ki, bəzi siyasi ekspertlər və məsləhətçilər Yinin səlahiyyət müddətinin sələfi Zhou Xiaochuan kimi uzadıla biləcəyini iddia edirdilər.
Çin Xalq Bankının sədri vəzifəsində Yini əvəzləyəcəyi gözlənilən şəxs isə 2016-2018-ci illərdə bankın sədr müavini olmuş Yin Yonqdur. 53 yaşlı Yin Yong artıq Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib.
Bizi sosial şəbəkələrdən izləyin!!