Ən sevilən və nifrət edilən milyarderlər bəlli olub | Banco.az

Ən sevilən və nifrət edilən milyarderlər bəlli olub

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən sevilən və nifrət edilən milyarderləri müəyyənləşib. Siyahı tvitlər və süni intellektdən istifadə edilməklə hazırlanıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, biznes maliyyə və kredit araşdırması saytı dünyanın hər yerindən yazılan tvitlər əsasında ən sevilən və nifrət edilən milyarderləri siyahılaşdırıb.

ƏN SEVİLƏN MİLYARDERLƏR

1. Bill Qeyts

O, 37 ölkədə ən çox sevilən milyarder kimi seçilib.

2. İlon Mask

"Tesla" şirkətinin CEO-su 27 ölkədə sevilir.

3. Ceff Bezos

 

"Amazon"un təsisçisi 15 ölkədə sevilir.

4. Şeril Sandberq

“Facebook”un yüksək səviyyəli rəhbəri Sandberq 12 ölkədə sevilir.

5. Riçard Branson

İngilis investor 5 ölkədə məşhur simaya çevrilib.

ƏN ÇOX NİFRƏT EDİLƏNLƏR

Ən sərfəli kredit üçün müraciət et

1. Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən çox nifrət edilən milyarderlər siyahısında birinci yerdədir.

Trampdan 84 ölkədə nifrət edilir.

2. Ceff Bezos

Amerikalı investor 15 ölkədə sevilsə də, 6 ölkədə ən çox nifrət edilən milyarder olub.

3. Rupert Merdok

Media maqnatı Merdok 4 ölkədə nifrət edilən addır.

4. Mark Zukerberq

"Facebook"un təsisçisi Zukerberq 4 ölkədə nifrət bəslənilən insana çevrilib.

5. Bill Qeyts

Ən çox sevilən milyarder olsa da, "Microsoft"un qurucusu Bill Qeyts 3 ölkədə nifrət edilməklə siyahıda ilk beşliyə daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et