Bu ölkədə ikinci əl ev satışları azalmaqda davam edir | Banco.az

Bu ölkədə ikinci əl ev satışları azalmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl ev satışları artan ipoteka (mənzil krediti) faizləri və yüksək mənzil qiymətlərinin təsiri ilə sentyabr ayında aylıq 1,5 faiz azalaraq enişini 8-ci ayda davam etdirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) sentyabr ayı üzrə ikinci əl evlərin satış məlumatlarını açıqlayıb.

Buna görə, ölkədə ikinci əl ev satışları sentyabr ayında mövsümi təsirlər istisna edilməklə aylıq 1,5 faiz azalaraq 4,71 milyon olub. İllik azalma isə 23,8 faiz hesablanıb.

Azalmanı 8-ci aya daşıyan ikinci əl ev satışlarının 4,7 milyon səviyyəsində reallaşacağı proqnozlaşdırılırdı.

2020-ci ilin may ayından bu yana ən aşağı səviyyəyə enən ikinci əl ev satışları avqust ayında da 0,8 faiz azalaraq 4,78 milyona geriləmişdi.

Bəyanatda  fikirlərinə yer verilən NAR baş iqtisadçısı Lourens Yun ölkədə 30 illik ipoteka kreditlərinin orta faiz dərəcəsinin 6 faizi keçdiyinə diqqət çəkərək bunun mənzil sektoruna təsir etdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram