Mask "Twitter" işçilərinin 75 faizini ixtisar etməyi planlaşdırır | Banco.az

Mask "Twitter" işçilərinin 75 faizini ixtisar etməyi planlaşdırır

Tamara Mustafayeva, Banco.az

İddiaya görə, İlon Mask "Twitter"in satınalma prosesindəki potensial investorlara şirkətin 7500 nəfərlik işçi bazasının təxminən 75%-ni ixtisar etməyi planlaşdırdığını bildirib. Satışdan asılı olmayaraq ixtisarlar gözlənilsə də, Maskın planlaşdırdığı ixtisarların böyüklüyü reaksiyalara səbəb olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, “The Washington Post”un dünənki xəbərinə görə, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi və dünyanın ən varlı insanı İlon Maskın uzun müddətdir gündəmdə olan "Twitter"i satınalma prosesində yeni irəliləyiş olub. Belə ki, Maskın "Twitter"i satınalma razılaşması olaraq şirkətin 7500 işçisinin təxminən 75 faizini işdən çıxaracağı deyilir.

Əldə edilən məlumata görə, Mask şirkəti satın almasa belə, işçi ixtisarları olacaq, həmçinin 2023-cü ilin sonuna qədər təxminən 800 milyon dollarlıq maaş ixtisarı da planlaşdırılıb.

Xatırladaq ki, "Twitter" bu yaxınlarda işə qəbulu dayandırdığını elan etmişdi. Hətta deyilmişdi ki, şirkətin işçi qüvvəsinin ən azı dörddə biri getməli olacaq. Lakin insan resursları departamenti, "Şirkətdə ixtisar planları yoxdur", deyə açıqlama vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram