"İngiltərədə qış uzun və çətin keçəcək" | Banco.az

"İngiltərədə qış uzun və çətin keçəcək"

Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada istehlakçı inamı rekord aşağı səviyyəyə düşərkən ölkədə "Bugünkü iqtisadi küləklər uzun və sərt bir qışa işarə edir" məzmunlu şərhlər gəlməyə başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyanın bazar araşdırması şirkəti "GfK" tərəfindən hazırlanan İstehlakçı İnamı İndeksi sentyabr ayında -47 səviyyəsinə yüksəlib. Avqust ayında indeks -49 ilə 1974-cü ildən bəri ən aşağı səviyyəyə düşmüşdü. İqtisadçılar sentyabr ayında sözügedən indeksin -52 səviyyəsinə enəcəyini gözləyirdilər. 

İnflyasiyanın rekord aşağı səviyyələrdə olmasının əsas səbəbləri iki rəqəmli inflyasiya, yüksək faiz dərəcələri və ölkədə hökm sürən siyasi xaos hesab edilir.

"GfK" meneceri Co Staton mövzu ilə bağlı verdiyi açıqlamada, "Ev təsərrüfatları hazırda vergi artımı və qənaət tədbirləri ehtimalı ilə üz-üzədir. Bugünkü iqtisadi küləklər uzun və çətin qışa işarə edir", deyə bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram