Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyanın baş naziri Liz Trass vəzifəyə başladıqdan 44 gün sonra istefa verib. O, Britaniyanın ən qısa müddətə vəzifəsini icra edən baş naziri olub.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın baş naziri Liz Trass istefa verdiyini açıqlayıb.
Boris Consonun istefasından sonra vəzifəyə başlayan Trass 44 gün vəzifəsində qalıb və ölkənin ən qısa müddətə bu vəzifəni icra edən baş naziri olub.
O, Mühafizəkarlar Partiyası öz xələfini seçənə qədər baş nazir vəzifəsində qalacağını və prosesin bir həftə ərzində tamamlanacağını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!