Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı faiz qərarını açıqlayıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) siyasət faizini 150 baza bəndi aşağı salaraq 10,50 faizə endirib.

Bazarın gözləntiləri faiz dərəcəsinin 100 baza bəndi endirilməsi idi. TCMB qərar mətnində noyabr ayında da oxşar faiz endiriminin ediləcəyinə və faiz dövriyyəsinin tamamlanacağına işarə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram