Azər Türk Bank
Kiçik və Orta Biznes kreditləri mərkəzi, Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Vakansiya haqqında məlumat:
Kiçik və Orta Biznes kreditləri mərkəzi, Naxçıvan şəhəri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Təsvir
- Bankın məhsullarının bazarda müvafiq müştərilərə tanıdılması
- Müştərilərin kredit sifarişlərini qəbul etmək, onların maliyyə təhlillərini həyata keçirmək və müvafiq səviyyəli Kredit Komitələrinə təqdim etmək
- Rəhbərlik tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam yerinə yetirilməsi;
- Kredit portfelinin qurulması və keyfiyyətli idarə edilməsi
- Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək
- Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib müvafiq olaraq rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar)
- Bankda Mikro kreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə vəzifəyə uyğun olaraq 1-3 il təcrübə
- Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır
- MS Office proqramlarında işləmək bacarığı
- Analitik təhlil etmə, biznes analizi və maliyyə hesabatlarının təhlilini aparmaq bacarığı
- Müştərilərlə yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı