Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri dünyanın ən böyük idxalçısı olan Çində pandemiya tədbirlərinin yeni yumşalma ərəfəsində bahalaşıb. ABŞ prezidenti Co Baydenin planı da birjalarda yaxından izlənilib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin rəsmiləri iqtisadiyyata və enerji tələbatına təsir edən bəzi pandemiya məhdudiyyətlərinin yumşaldılmasını müzakirə etdikcə neft mənfəətini artırıb.
ABŞ xam neftinin bahalaşması 1 faizi ötüb və hazırda 86,84 dollara satılır.
Brent markalı neft isə 0,62 faiz dəyər qazanmaqla 92,98 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!