Tamara Mustafayeva, Banco.az
"Tesla" çatdırılma və istehsaldakı problemləri əsas gətirərək III rübdə "Wall Street" proqnozlarından aşağı satış həcmi açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, elektromobil istehsalçısı "Tesla" şirkəti ilin üçüncü rübündə 21,5 milyard dollar gəlir əldə edib. Ekspertlər isə 22,1 milyard dollar gəlir gözləyirdilər.
"Tesla"nın rəhbəri, dünyanın ən varlı insanı İlon Mask şirkətin səhmlərini geri almasının mümkün olduğuna diqqət çəkib.
Qeyd edək ki, elektromobil istehsalçısının istehsalının çoxu dövrün son həftələrində cəmləşdiyi üçün nəqliyyat vasitələrinin gəmilərə və yük maşınlarına yüklənməsi son rübdə xüsusilə bahalı və çətin başa gəlmişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!