Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı (mərkəzi bank) sentyabr ayından sonra oktyabr ayında da bençmark kredit faiz dərəcəsini (LDR) dəyişməyib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Xalq Bankının dərc etdiyi bəyanata görə, bazar gözləntilərinə uyğun olaraq etalon kredit faiz dərəcəsi 1 illik LDR üçün 3,65%, 5 illik müddət üçün isə 4,30% səviyyəsində saxlanılıb.
Mərkəzi Bank bu həftənin əvvəlində əsas siyasət dərəcələrini dəyişməz saxladıqdan sonra ekspertlər etalon faiz dərəcələrinin də sabit saxlanılacağını gözləyirdi. Bəzi iqtisadçılar deyirlər ki, son aylarda dolların möhkəmlənməsinin təzyiqi altında yuanın ucuzlaşması mərkəzi bankın monetar mövqeyini yumşaltması tempini yavaşlatmış ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!