Tamara Mustafayeva, Banco.az
ABŞ-da keçən həftə artmağa davam edən ipoteka faizləri 20 ilin ən yüksək səviyyəsinə çatıb və mənzil bazarındakı tənəzzülü daha da gücləndirib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, 30 illik ipoteka sabit müqavilə dərəcəsi oktyabrın 14-də başa çatan həftədə 13 baza bəndi artaraq 6,94 faizə yüksəlib.
Bu, ev almaq və ya krediti yenidən maliyyələşdirmək üçün edilən müraciətlərin sayını 4,5 faiz azaldıb.
Xatırladaq ki, ötən on həftədə ardıcıl qeydə alınan doqquzuncu azalma 1997-ci ildən bəri ən aşağı səviyyədir.
Qeyd edək ki, bugün açıqlanacaq məlumatlara görə, mövcud ev satışlarının sentyabr ayından bəri ardıcıl səkkizinci ayda da azalacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!