Tamara Mustafayeva, Banco.az
Co Bayden administrasiyası strateji neft ehtiyatından 15 milyon barel neft çıxarmağı planlaşdırır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evin bəyanatında deyilir ki, Bayden bugün ABŞ-ın enerji təhlükəsizliyini gücləndirmək, hasilatı stimullaşdırmaq və xərcləri azaltmaq üçün görüləsi yeni tədbirləri elan edəcək.
Bəyanatda sözügedən yeni tədbirlər çərçivəsində Energetika Nazirliyinin dekabr ayında təhvil veriləcək 15 milyon barel strateji neft ehtiyatı üçün çərşənbə günü satış bildirişi verəcəyi bildirib. Həmçinin qeyd edilib ki, bu satış mart ayında açıqlanan 180 milyon bareldən çox neftin bazara çıxarılması qərarını tamamlayacaq.
Xatırladaq ki, Bayden ötən həftə ölkədə benzinin qiymətinin hələ də çox bahalı olduğunu vurğulayaraq bu mövzuda yeni açıqlamalar verəcəyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!