Tamara Mustafayeva, Banco.az
Duqlas Daymond qlobal maliyyə bazarlarında mümkün böhranın hüquqi tənzimləmələrə tabe olmayan kölgə bankları və şirkətlərdən qaynaqlanma ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Banco.az xarici mətbuata istinadla xəbər ki, karyerasının böyük hissəsini maliyyə böhranlarında bankların rolunun öyrənilməsinə həsr etmiş və bu sahədə apardığı araşdırmalara görə bu il iqtisadiyyat üzrə Nobel mükafatını qazanan Çikaqo Universitetinin iqtisadiyyat professoru Duqlas Daymond məlum olduğu kimi, mükafatı keçmiş FED sədri Ben Bernarke və Vaşinqton Universitetinin bank işi və maliyyə professoru olan Filip Dybviq ilə bölüşüb.
Independent (AA) nəşrinə müsahibə verən Duqlas Daymond 2008-ci il böhran dövrü ilə mövcud bank sistemi arasında müqayisələr aparıb:
"Bu gün vəziyyət başqadır. Çünki dünyada maliyyə sisteminin fəaliyyəti ilə bağlı bir çox qanun və qaydalar 2008-ci ildən sonra qüvvəyə minib. Banklar, ən azı ABŞ bankları, kapital adekvatlığı ilə bağlı böhrandan əvvəlkindən daha güclü maliyyə vəziyyətindədirlər."
Bankların hazırkı vəziyyəti ilə bağlı iki mənfi məqamın olduğunu söyləyən akademik, "Banklar adətən xəzinə vekselləri və sindikatlaşdırılmış kreditlər üçün marketmeyker kimi çıxış edəcəkləri fəaliyyətlərin çoxunu həyata keçirmirlər", deyə bildirib. O həmçinin qeyd edib ki, bu səbəbdən də həmin fəaliyyətlərin bir hissəsi kölgə banklara yönəldilib.
Akademikin fikrincə, kölgə banklar və buna bənzər qurumlar tənzimlənmədiyi üçün risk yaradır.
Qeyd edək ki, kölgə bankçılıq sisteminə bank əməliyyatlarına oxşar əməliyyatlar həyata keçirməsinə baxmayaraq, bank qaydalarına tabe olmayan qurumlar daxildir. Sığorta şirkətləri, faktorinq şirkətləri, maliyyə-lizinq şirkətləri, hedc fondlar, valyuta bazarı fondları, strukturlaşdırılmış investisiya fondları, istehlak maliyyə institutları və qiymətli kağızlar şirkətləri bu qurumlara aiddir.
Bizi sosial şəbəkələrdən izləyin!!