"Fitch Solutions" Azərbaycanın iqtisadı artım proqnozunu açıqlayıb | Banco.az

"Fitch Solutions" Azərbaycanın iqtisadı artım proqnozunu açıqlayıb

"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu açıqlayıb.

Bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının sentyabr sayında bildirilib.Hesabata əsasən, "Fitch Solutions" real ÜDM-in artım proqnozunu dəyişməyərək 5,12% müəyyən edib. Agentlik real ÜDM-in artımı ilə bağlı "Bloomberg Consensus"la birgə proqnozunu isə avqust ayındakı 3,85%-dən 4,2%-ə kimi artırıb.

"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7,8% olaraq saxlayıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə, orta inflyasiya bu ilin sonuna kimi 10,45% təşkil edəcək.

"Fitch Solutions" USD/AZN məzənnəsi ilə bağlı proqnozunu isə bu ilin sonuna kimi 1,70 AZN olaraq müəyyən edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram