Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqına (Aİ) üzv ölkələr ümumi qaz alışı ilə bağlı razılığa gəlsələr də, təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünən Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri Çexiyanın ev sahibliyi ilə Praqada görüşüblər.
İclasın sonunda açıqlama verən Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela, "Əsas diqqətimizi yüksək təbii qaz qiymətlərinə yönəltdik. Bizə sürətli və effektiv həll yolu lazımdır. Bu, asan məsələ deyil. Hər ölkənin fərqli fikirləri, fərqli şəraiti, fərqli qaydaları və fərqli maraqları var”, deyə bildirib.
“Enerji Aİ-də bir nömrəli məsələ olub”, fikrini vurğulayan Sikela bildirib ki, görüşdə elektrik və qaz bazarları üçün tənzimləmələr və qiymətlər kimi həssas mövzuları müzakirə ediblər.
O, enerji bazarındakı hadisələrin iqtisadiyyata təsirləri ilə mübarizə aparmalı olduqlarını ifadə edərək nazirlər arasında 2023-cü ilə qədər birgə qaz təchizatında irəliləyiş əldə etməklə bağlı ümumi razılıq əldə edildiyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!