Bayden: "Tənəzzülün olacağını düşünmürəm" | Banco.az

Bayden: "Tənəzzülün olacağını düşünmürəm"

Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Bayden tənəzzül olacağını düşünmədiyini, əgər olsa belə, "çox cüzi" olacağını söyləyib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, CNN telekanalına müsahibə verən Bayden, "Hər altı aydan bir belə deyirlər və hər altı aydan bir növbəti altı aya baxıb nə olacağını proqnozlaşdırırlar", deyə bildirib.

"Mən tənəzzülün olacağını düşünmürəm. Bəlkə də, çox cüzi bir tənəzzül olacaq. Yəni, bir az aşağı enəcəyik”, deyə sözlərinə davam edib.

Xatırladaq ki, ölkənin aparıcı bankı "JPMorgan Chase"in baş icraçı direktoru Jamie Dimon bazar ertəsi günü altı-doqquz ay ərzində tənəzzül ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et