Cənubi Koreya Mərkəzi Bankı faiz artımlarına qayıdıb | Banco.az

Cənubi Koreya Mərkəzi Bankı faiz artımlarına qayıdıb

Tamara Mustafayeva, Banco.az

Fed-in aqressiv sərtləşdirmə siyasəti ilə böhran dövrünün ən aşağı səviyyələrinə düşən valyutasını dəstəkləməyə çalışan Koreya Bankı (mərkəzi bank)  kəskin faiz artımlarına qayıdıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, çərşənbə günü Cənubi Koreya Mərkəzi Bankı yeddi günlük geri alış faizini yarım faiz artıraraq ötən 10 ilin ən yüksək səviyyəsinə - 3 faizə çatdırıb.

Bloomberg sorğusunda iştirak edən 19 ekspertdən 16-sı da məhz bu istiqamətdə proqnoz vermişdi.

Mərkəzi Bankın qərardan sonra verdiyi açıqlamada aşağıdakı ifadələrə yer verilib:

"Daxili iqtisadi fəallığın səngiməsinə baxmayaraq, inflyasiyanın hədəf səviyyəsindən əhəmiyyətli dərəcədə yuxarı qalacağı gözlənildiyi üçün İdarə Heyəti faiz artımlarının davam edəcəyini düşünür."

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkə iqtisadiyyatının gələn ilin avqustu üçün proqnozlaşdırılan 2,1 faizdən daha yavaş böyüməsi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et