Rusiya və İran neft-nəqliyyat sahəsində sazişlər imzalayıb | Banco.az

Rusiya və İran neft-nəqliyyat sahəsində sazişlər imzalayıb

Xəzər İqtisadi Forumu çərçivəsində İran və Rusiya nümayəndələri neft-dəmir yolu nəqliyyatı sahəsində sazişlər imzalayıblar.

Bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi bildirib.

Məlumata görə, oktyabrın 5-6-da Moskvada İkinci Xəzər İqtisadi Forumu keçirilib. Tədbirdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olan hakimiyyət orqanlarının, şirkətlərin nümayəndələri iştirak ediblər. İslam Respublikasından forumda birinci vitse-prezident Məhəmməd Moxber iştirak edib.

"Bu səfər zamanı neft və dəmir yolları sahəsində sazişlər bağlanıb ki, biz bunu mümkün qədər tez həyata keçirməyə çalışırıq", - Əli Bahadori Cahromi qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et