Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssis/Aparıcı mütəxəssisi
Bank “BTB” ASC Satışa dəstək departamentinə Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssis/Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssis/Aparıcı mütəxəssisi
İş barədə məlumat:
- Bankın marketinq planının hazırlanması;
- Bankın reklam və təşviqat üzrə layihələrinin icrası;
- Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinin aparılması;
- ATM köşklərinin, xidmət şəbəkəsinin eksteryerinin, və s. mövcud marketinq siyasəti, brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
- Bankın rəsmi internet səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
- Sosial şəbəkələrə nəzarət;
- Bankın ictimai əlaqələrini qurmaq;
- Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
- Press-relizəri hazır edib, mediyada paylaşmaq;
- Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
- Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi;
- Rus və İngilis dillərini yüksək səviyyədə bilmə;
- Ünsiyyətqurma bacarığı;
- Yaradıcılıq bacarığı;
- Analitik düşüncə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssis/Aparıcı mütəxəssisi ) göstərməyiniz xahiş olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!