"Meta" işə qəbulu dayandırır | Banco.az

"Meta" işə qəbulu dayandırır

Tamara Mustafayeva, Banco.az

"Meta" bəzi departamentlərdə işə qəbulu dayandırmağı və strukturu yenidən qurmağı planlaşdırdığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, sosial media nəhəngi "Meta"nın təsisçisi Mark Zukerberq şirkətin işə qəbulu dayandıracağını, xərcləri azaldacağını və strukturu yenidən formalaşdıracağını bildirib.

Meta həmçinin son dövrlərdə sərmayə qoyduğu komandalar da daxil olmaqla, şirkətin büdcəsini azaltmağı planlaşdırır.

2004-cü ildə "Facebook"un təsis edilməsindən bu yana ilk böyük büdcə azaldılmasına imza atan Zukerberq, ""Meta" ehtimal ki, 2023-cü ildə bu ilə nəzərən daha kiçik olacaq" açıqlamasını edib.

“Facebook”, “Instagram” və “WhatsApp”ın ana şirkəti olan "Meta" üçün hazırkı vəziyyət nisbətən çətin dövrlərdən xəbər verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram