İtaliyada avqustda qaz və elektrik enerjisi 76% bahalaşıb | Banco.az

İtaliyada avqustda qaz və elektrik enerjisi 76% bahalaşıb

Avqustda İtaliyada enerji inflyasiyası (qaz və elektrik enerjisinə olan qiymətlər üzrə artım – red.) 76,4% təşkil edib.

Bu barədə İtaliyanın Kiçik və Orta Sahibkarlar Assosiasiyasının hesablamalarında bildirilir.Məlumata görə, müqayisə üçün qeyd olunan göstərici avrozonada orta hesabla 51,9%, Avropa İttifaqının 27-i ölkəsində isə 48,8% olub.

Bununla yanaşı, qeyd olunur ki, ötən ay Fransada qaz və elektrik enerjisinin qiymətləri 23,8%, Almaniyada 46%, İspaniyada isə 54,3% artıb.

Assosiasiya xatırladır ki, iyulda İtaliyada enerji inflyasiyası 59,1% təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Azərbaycandan Avropaya Trans-Adriatik kəməri vasitəsilə qazın ixracına başlanılıb. Bu istiqamət üzrə nəql edilən Azərbaycan qazının böyük hissəsi İtaliyaya tədarük olunur.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et