Azərbaycan bankları istehlak kreditlərinə tələbin artacağını gözləyir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan bankları istehlak kreditlərinə tələbin artacağını gözləyir

Banklar üçüncü rübdə istehlak kreditlərinə olan tələbin artacağını gözlədiklərini bildiriblər.

Bu barədə Azərbaycan Mərkəzi Bankının "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunun nəticəsində bildirilib.

Məlumata görə, iri banklar əsasən kredit kartlarına, digər banklar isə əməkhaqqı kreditlərinə tələbin artmasını proqnozlaşdırıblar.

Son rüb ərzində istehlak kreditləri üzrə tələbin əsas artımı əməkhaqqı kreditləri və kredit kartları üzrə qeydə alınıb. İri banklar üzrə bu göstərici daha yüksək olub.

Xatırladaq ki, sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat II rüb üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin cari və gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram